Gənclər təşkilatı “İnteqrasiya olunmuş sosial xidmətlər modelini” təqdim etdi
Şirvan şəhərində Gənclər üçün Təhsil Mərkəzi Aran regional ofisi və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” ilə əlaqədar “Uşaqların hüquqları və vəzifələri” mövzusuna həsr edilmiş tədbir keçirilib.
Mərkəzdən SİA-ya verilən məlumata görə, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbiri açıq elan edərək dövlət siyasətinin prioritet istiqaməti olan uşaqların hüquqlarının qorunması, onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması istiqamətində Şirvan şəhərində görülən işlərdən danışıb.
Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzi (GTM) Aran regional ofisinin rəhbəri Yusif Poladov qeyd edib ki,son illər bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl işlər aparılır, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, konvensiyalara qoşulur. Yusif Poladov tədbir iştirakçılarını GTM-in və UNİCEF-in birgə həyata keçirdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi haqqında geniş məlumatlandıraraq Mərkəz tərəfindən növbəti bir ildə nəzərdə tutulan fəaliyyətlərdən söhbət açıb.
Tədbirdə həmçinin Şirvan şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rafail Nəsirov, “Yetginlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun” inspektoru polis əməkdaşı Məhəbbət Hümmətov, Hacıqəhrəmanlı qəsəbəsi bələdiyyəsinin sədri Samirə Abışova, Hacıqəhrəmanlı qəsəbəsi bələdiyyəsinin sədr müavini Elxan Şahgəldiyev çıxış edərək Şirvan şəhərində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən davamlı olaraq 3 il ərzində bu sahə üzrə görülən işlərin əhəmiyyətinni vurğulayıblar.
Tədbirin sonunda Mərkəzin hüquqi və sosioloji xidməti istiqamətində vətəndaşların müraciəti qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB