"Növbəti ildə yoxsulluq səviyyəsi 5,4 faizdən 5,1 faizə enəcək"

"Növbəti ildə yoxsulluq səviyyəsi 5,4 faizdən 5,1 faizə enəcək"

"Növbəti ildə Azərbaycanda yaşayış minimumu 180 manat, ehtiyac meyarı isə 143 manat müəyyən edilməsi təklif olunur". SİA-nın xəbərinə görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında büdcə layihəsinin yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Onun sözlərinə görə, yaşayış minimumu ilə bağlı təklif olunan reallığa adekvat olan rəqəmdir. “Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək”.

Ehtiyac meyarı ilə bağlı məlumat verən komitə sədri bildirib ki, nəzərdə tutulan həcmin də 2018-ci ildə müəyən edilən ehtiyac meyarından artıq müəyyən edilməsi nəzərdə tutulub. “Bu gün hökumət siyasəti ehtiyac meyarının yaşayış minimumuna uyğunlaşdırılması və yaxınlaşdırılmasıdir. Bu proses gedir. Növbəi ilə ünvanlı sosial yardımların müəyyən edilməsi ilə əlaqədar olaraq ehtiyac meyarının artırılması nəzərdə tutulub. Belə ki, növbəti ildə ehtiyac meyarının 143 manat müəyyən edilməsi təklif olunur”

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə