“2019-cu ilin büdcəsi sosial xərclərə yönəlib. Heç bir sosial proqram təxirə salınmayıb, əksinə əksinə proqramların genişləndirilməsi nəzərə tutulur”. SİA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən deyib.
O bildirib ki, ölkəmizin iqtsadiyyatında baş verən dəyişikliklər, demoqrafik, məşğulluq göstəriciləri 2019-cu ilin büdcəsinə təsir edən amillərdir.
Nazir müavini söyləyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu ilin üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır: “Bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək. Nəticədə də ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq”.
Nazir qeyd etdi ki, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək: “Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq”.
İ.İsayev qeyd edib ki, yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur: “Çünki pensiya yaşının artması buna təsir edib”
Nazir müavini qeyd edib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir: “Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB