Qida məhsullarının markalanması qaydası təsdiqləndi

Qida məhsullarının markalanması qaydası təsdiqləndi

“Ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının markalanması Qaydası” təsdiq olunub. SİA xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla həmçinin “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2009-cu il 8 yanvar tarixli Qərarının 1-ci hissəsindən “Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının markalanması Qaydası” sözləri çıxarılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə