07 noyabr 2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalar ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən yerində monitorinq keçirilib, atmosfer havasından nümunələr götürülüb və araşdırma aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma zamanı Neft Emalı Zavodunun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə atılmalar qeydə alınıb.
Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, sabah nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB