"Uşaqlarla bağlı müavinətin artırılması məsələsinə baxa bilərik"

"Uşaqlarla bağlı müavinətin artırılması məsələsinə baxa bilərik"

“Uşaqların doğulması ilə bağlı müavinətlərin artırılması məsələni təhlil etmək lazımdır. Mənim fikrim odur ki, Azərbaycanı Belarus, eləcə də digər xarici ölkələrlə müqayisə etməməliyik. Çünki orada demoqrafik vəziyyətlə bizdəki vəziyyət tamamilə fərqlidir”. SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edən deputatların təkliflərinə münasibətini bildirərkən deyib.

O bildirib ki, hər dövlətin öz xüsusiyyətləri var: “Lakin bu xüsusiyyətləri nəzərə alaraq uşaqlara müavinətlə bağlı münasibət formalaşdırmalıyıq. Prinsip etibarı ilə buna baxa bilərik”.

Gənclər Fonduna əlavə vəsaitin artırılmasına gəlincə, nazir söyləyib ki, Fonda verilən əlavə saləhiyyətlərin icrasına görə, büdcəyə əlavələr edilib: “Belə ki, Gənclər Fonduna ayrılan vəsait 3 dəfə artıb. O ki qaldı idmançıların ezamiyyətli ilə bağlı maliyyə vəsaitinə, bununla bağlı məsələni müzakirə edib qiymətləndirməmizi təqdim edəcəyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə