"Bu gün Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil. Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir". SİA-nın xəbərinə görə, bunu deputat Fazil Mustafa Parlamentin komitələrinin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edərkənd eyib.
O bildirib mövcud problemlər xaricdə təhsili zəruri edir: "Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.
F.Mustafa çıxışı zamanı söyləyib ki, uşaqlar normal qidalanmadıqları üçün onlar normal fizionomiyaya malik deyillər: "Bu problemə də diqqətin ayrılmasını zəruridir. Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisindən çox az qismin normal fizionomiyaya malik olduğunun şahidi oluruq. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu görürük. Bunun səbəblərindən biri orta məktəblərdə idman dərsinin tədrisindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi qidalanma ilə əlaqəlidir. Azərbaycan insanı keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB