Azərbaycanda yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlər artırılması təklif olunur. SİA-nın xəbərinə görə, bu baradə Milli Məclisin komitələrinin birgə iclasında büdcə zərfinin müzakirələri zamanı çıxış edən deputatlar təklif irəli sürüb. Belə ki, Milli Məclisin Fəzail Ağamalı çıxış edərkən bildirib ki, uşaqlara ayrılan birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa söyləyib ki, uşaq pulunun bərpası üçün yollar tapılmalıdır: “ Uşaqların müəyyən qədər təminatının həyata keçirilməsi vacibdir. Heç olmasa uşaqlara 6 yaşına qədər müavinət verilməlidir”.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB