Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib. SİA-nın xəbərinə görə, o bu təkliflə Milli Məclisdə büdcə müzakirələri zamanı çıxışı edərkən deyib.
O bildirib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.
E.Süleymanova qeyd edib ki, valideyn himayəsindən məhrum olan uşaqların qəyyumlarına, himayəçilərinə verilən maliyyə vəsaiti minimal məbləğə çatdırılsın: "Regionlarda sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı reabilitasiya şəbəkəsi genişləndirilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB