“ASAN Könüllüləri” Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin (UNICEF) birgə əməkdaşlığı ilə “Uşaq hüquqlarının təşviqi” layihəsinin icrasına başlanılır.
Agentlikdən SİA-ya verilən məlumata görə, layihənin məqsədi ölkəmizdə uşaq hüquqlarının qorunması və təbliği, o cümlədən bu istiqamətdə peşəkar təlimçi qruplarının formalaşdırılması, paytaxtda və regionlarda əhalinin maarifləndirilməsidir.
Layihə çərçivəsində peşəkar təlimçilər tərəfindən Təlimçilər üçün Təlim Proqramı (TOT), maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçiriləcək
Layihənin icrası üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Quba şəhərində yaşayan əhalinin maarifləndirilməsi nəzərdə tutulur.
Qeyd edilən təlimlərdə iştirak etmək istəyən şəxslər müvafiq “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB