Əli Əhmədov: "Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun qəbul olunmalıdır" - TƏKLİF
"Avropa Parlamentinin bir nümayəndəsinin Dağlıq Qarabağ ərazisinə Azərbaycanın icazəsi olmadan səfər etməsi ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Milli Məclis də öz növbəsində buna açıq şəkildə reaksiyasını bildirir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Ə.Əhmədov çıxışı zamanı deyib.
Millət vəkili çıxışı zamanı məsələ ilə əlaqədar təklif irəli sürüb: "Bununla əlaqədar iki təklif irəli sürürəm. Birincisi, parlamentin Beynəlxalq münasibətlər və parlamentlər arası əlaqələr komitəsinin Avropa parlamentinə göndərəcəyi məktubda Avropa Parlamenti prezidentinin özünün mövqeyi öz əksini tapsın. Bir müddət bundan qabaq AP perzidenti Eji Buzek münaqişələrin həll olunmasını şərt olaraq irəli sürülüb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətli şəkildə həll olunmasını məqsədə uyğun hesab edib. Buna görə də AP prezidenti münaqişənin Azərbaycanın ərazi bütövlüyü şəklində həll olunmasını qəbul edib-etməməsini bildirməlidir. Əgər Avropa Parlamentinin prezidenti başqa mövqe ortaya qoyarsa, o zaman onun nümayəndəsinin belə hərəkət etməsi qəribə deyil.
İkincisi də odur ki, Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş ərazisidir. Bu əraziyə səfər rejim şəklində müəyyənləşməlidir. Bu məqsədlə də Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanun qəbul olunmalıdır. Həmin qanun layihəsində işğal olunmuş ərazilərin hüquqi statusu müəyyənləşdirilldikdən sonra layihədə beynəlxalq təşkilatların Dağlıq Qarabağa necə və hansı qaydada səfər etmələri öz əksini tapa bilər. Belə olan halda Azərbaycan Parlamenti qaydaları pozanlara qarşı sanksiya tətbiq edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB