“Xocalı soyqırımının dünyada tanıdılması üçün Hollivud səviyyəsində film çəkilsin"

“Xocalı soyqırımının dünyada tanıdılması üçün Hollivud səviyyəsində film çəkilsin"

“Xocalı soyqırımının dünyaya tanıdılması üçün Hollivud səviyyəsində filmin çəkilsin”. SİA-nın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Məlahət İbrahimqızı Parlamentdə birgə komitələrin iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Bosniya soyqırımından sonra çəkilən “Leyla” filminin bu soyqırımın tanınmasna təsir göstərdiyini deyən deputat söyləyib ki, ermənilər onların guya soyqırımına məruz qaldıqlarını dünyaya göstərmək üçün Hollivud səviyyəsində bir necə film çəkiblər: “Bizim də Xocalı faciəsi ilə bağlı Hollivud səviyyəsində filmin çəkilməsinə ehtiyacımız var. Etiraf etməliyik ki, Azərbaycanda beynəlxalq səviyyəli filmlər çox azdır. Amma biz Xocalı faciəsinə görə bunu etməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə