“Noyabrın 19-da vətəndaşlara xidmət edəcək sosial reyestrin təqdimat mərasimi keçiriləcək. Bu reyestr vasitəsilə hər bir vətəndaş öz şəxsi kabinetinə girərək sosial xidmət və müavinətlərinə dair bütün məlumatlarını əldə edəcək". SİA-nın xəbərinə görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə büdcə müzakirələrində deyib.
O, bildirib ki, ilin sonuna qədər yığımlardan 80 milyon manat qənaətimiz gözlənilir: “Ünvanlı Sosial yardım alanlar özünə məşğulluğa cəlb olunacaq. Hazırda özünəməşğulluğa cəlb olunmanın 40 faizi ÜSY-dən keçid edənlərdir. Əlillik sahəsində təyinatlarda 60 faiz azalma var”.
S. Babayev əlavə edib ki, əhaliyə “Dost” xidmətləri vasitəsilə də xidmət göstəriləcək. “Bunun da 50 faizi elektron xidmətlər təşkil edəcək. Əksər məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsi vasitəsilə toplanacaq. İlk “Dost” mərkəzinin də cari ilin sonunda açılması gözlənilir. Daha 3 mərkəzin də paytaxtda açılması nəzərdə tutulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB