2018-ci il 6-7 noyabr tarixində keçirilməsi nəzərdə tutulan Bakıda Azərbaycan Respublikasının “Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıq” proqramı çərçivəsində konfrans öz işinə başlayıb. SİA xəbər verir ki, Konfransda Yaşıl İqlim Fondu ilə əməkdaşlıq məsələləri müzakirə edilir. Sözügedən Konfrans Plenar iclas və təlimdən ibarətdir.
Konfransın Plenar iclasında ilk öncə BMT İP Rezident nümayəndəsi Alessandro Frakassetti və Beynəlxalq ekspert Evren Türkmənoğlu çıxış edərək, “Yaşıl İqlim Fondu ilə əməkdaşlığa hazırlıq” proqramı barədə məlumat verib və Yaşıl İqlim Fondu (YİF) Layihələrinin maliyyələşdirilməsindən danışıb. Daha sonra YİF portfelinin vəziyyəti, Səfərbər olma və Hazırlıq xarakterli dəstək proqramı, Hazırlıq proqramlarının rolu slaydlarla nümayiş etdirilib və müzakirə olunub. Ardınca proqramlarla bağlı verilən suallar cavablandırılıb, sual doğuran məsələlərə aydınlıq gətirilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Yaşıl İqlim Fondu (YİF) qlobal iqlim dəyişmələrindən yaranan problemlərə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrə dəstək vermək məqsədi ilə yaradılıb. Fond BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) maliyyə mexanizmi kimi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB