“Əvvəlki illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri zamanı məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi ilə bağlı elektron informasiya sistemləri tam yaradılmadığını görür, bəzi hallarda müavinətlərin ünvanlılığının təmin edilməməsi, kommunal xidmətlər üzrə limitlərə riayət olunmaması, kommunal xidmətlər üzrə məcburi köçkünlərin adlı siyahılarının yerlərdə tərtib edilməsi və dəqiqləşdirilməsində zəruri nəzarətin təmin edilməməsi kimi hallar aşkarlanırdı. Lakin hazırda dövlət komitəsindən müavinət alan şəxslərin adlı siyahılarının dəqiqləşdirilməsi müavinət almaq hüququ olmayan və təkrarlanan şəxslərin adlarının siyahıdan çıxarılması istiqamətində müəyyən tədbirlərin görülməsi nəticəsində müavinət alan məcburi köçkünlərin sayında dəqiqləşmələr təmin olunub”. SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.
O bildirib ki, qaçqın və məcburi köçkünlərin müavinətlərlə təmin olunması istiqamətində görülən işlər özünü 2019-cu ilin büdcə layihəsində də göstərir.
Onun sözlərinə görə, vəsaitlərin üvanlılığının təmin edilməsi səbəbindən 2019-cu ildə kommunal xidmətlərin ödənilməsi ilə bağlı xərclər 10 faiz az nəzərdə tutulmasına baxmayaraq, bu müavinətlərin ödənilməsində ünvanlılığı təmin edəcək: “ Eyni zamanda müavinətin ödənilməsi ilə bağlı xərclərin artım tempi isə həmin müavinətlərin məbləğinin artım tempinə uyğun şəkildə proqnozlaşdırılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB