"Büdcənin 33,4 faizini sosial xərclər təşkil edir"

"Büdcənin 33,4 faizini sosial xərclər təşkil edir"

“Dünyada gedən proseslərə rəğmən ölkəmizdə sosial inkişaf davam etməkdədir. Ölkəmizdə digər sahələrə ayrılan vəsait azalsa da, sosial sahəyə ayrılan vəsait hər zaman intensiv artmaqdadır. Digər büdcələr kimi 2019-cu ilin büdcəsi də əhalinin güzəranının yaxşılaşmasına yönəlib”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Hadi Rəcəbli parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

2019-cu ilin büdcəsində sosial sahəyə ayrılan xərclərin artdığını deyən komitə sədri söyləyib ki, Prezident İlham Əliyevin sosial müdafiə sistemi üçün ortaya qoyduğu əsas məsələlərdən biri əhali üçün ünvanlılığının, şəffaflığın təmin edilməsidir: “Bu məqsədlər büdcədən də öz əksini tapıb. Bundan əlavə, yeniliklər də büdcədə nəzərə alınıb. Yeniliklərdən ən mühümü sosial müdafiə sistemində yeni institutun formalaşmasıdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazrliyi tərəfindən bu istiqamətdə aparılan ən ciddi islahatlardan biri DOST-un yaradılmaslıdır. Bu, ASAN brendinin davamıdır”.

H.Rəcəbli söyləyib ki, büdcədə nəzərdə tutulan sığorta sistemində yeniliklər, bəzi əmək haqlarında sosial sığortanın təsiri, vergi islahatları məşğulluğun təmin olunması, qeyri-leqal məşğulluğun leqallaşmasına şərait yaradacaq: “Gələn il üçün büdcədən sosial sahələrə 8 milyarddan çox vəsait ayrılıb ki, bu da büdcənin 33,4 faizini təşkil edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə