Çaylarda suyun səviyyəsi azalıb

Çaylarda suyun səviyyəsi azalıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara çaylarında 50-100, Naxçıvan MR-da Naxçıvançay çayında 5 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 186 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 76 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 14, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341 sm (2017-ci il noyabrın 05-də 326 sm), Şirvanda 205 sm (2017-ci il noyabrın 05-də 203 sm), Salyanda 149 sm (2017-ci il noyabrın 05-də 156 sm), Bankədə 175 sm (2017-ci il noyabrın 05-də 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il noyabrın 05-də 40 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə