Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının rayon icra hakimiyyəti ilə birgə Tərtər-Hindarx Magistral Avtomobil Yolunun Alıbəyli kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib, yol boyu 500 ədəd şam ağacları əkilib.
Aksiya zamanı yeni əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilib.Ağacəkmə aksiyası təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə, eyni zamanda, yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfədir. Bu, həm də ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaq.
Bundan əlavə, Quzanlı qəsəbəsində ümumrayon iməciliyi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, YAP Ağdam rayon təşkilatının fəalları, YAP üzvləri, rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri iştirak ediblər.
İməcilik zamanı ərazidə abadlıq və təmizlik işləri aparılıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB