Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara çaylarında 50-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin SİA-ya verdiyi məlumata görə, noyabrın 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 130 kubmetr olmaqla ongünlük normanın 70 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə ongünlük normanın 76 faizinə bərabər olub.
Noyabrın 5-də Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 9, Şirvanda 14, Salyanda 20, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 3 santimetr azalma müşahidə edilib.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 341, Şirvanda 205, Salyanda 149, Bankədə 175, Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetrə bərabərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB