Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq. "Bakı Metropoliteni" QSC-dən SİA-ya verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq. Məqsəd sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir.
Məhdudiyyət hər gün saat 08:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.
"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB