Dünyanın 3 ən qeyri-adi aeroportu - Heydər Əliyev Beynəlxalq Hava limanı

Dünyanın 3 ən qeyri-adi aeroportu - Heydər Əliyev Beynəlxalq Hava limanı

Heydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasına daxil olub. SİA-nın məlumatına görə, bu barədə “Hi-Tech” nəşrinin məqaləsində deyilir.

Qeyd olunur ki, Azərbaycanın əsas hava limanı həm də MDB-nin ən iri aeroportlarından biridir və öz qeyri-adi forması ilə qanadları xatırladır.

Məqalədə o da bildirilir ki, bu ilin mayında Heydər Əliyev Beynəlxalq Hava limanı “Skytrax World Airport Awards” tərəfindən beş ulduza layiq görülüb.

Həmin reytinqdə birinci yerdə Sinqapurun Çanqi aeroportu, ikinci yerdə isə BƏƏ-nin Dubay aeroportu qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə