Gürcüstan mədənçiləri etiraz aksiyası keçiriblər

Gürcüstan mədənçiləri etiraz aksiyası keçiriblər

Gürcüstanın Tkibuli regionundakı Dzidziquri mədənində 25-ə yaxın şaxtaçı noyabrın 3-də səhər tezdən şaxtaya enərək 300 metr dərinlikdə etiraz aksiyasına başlayıblar. SİA xəbər verir ki, şaxtaçılar hökumətdən mədəndə istehsalat prosesinin tam təmin olunmasını, təhlükəsizlik normalarına ən yüksək səviyyədə əməl olunmasını tələb edirlər.

Şaxtaçı Xviça Qabyniya deyib ki, hökumət onların tələblərini yerinə yetirməyənə qədər şaxtadan çıxmayacaqlar.

Dzidziquri mədəninin qalan fəhlələri noyabrın 4-də Tkibuli şəhər meriyası qarşısında aksiyaya başlayacaqlar.

Məlumat üçün qeyd edək ki, 2018-ci il aprelin əvvəlində Gürcüstanın Tkibuli şəhərindəki Mindeli mədənində tunelin yan divarlarının çökməsi nəticəsində 6 fəhlə həlak olmuşdu. Həmin il iyunun 3-də isə daha bir qəza nəticəsində 2 fəhlə həyatını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə