Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Vaqif Qulam oğlu Behbudov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006) Vaqif Qulam oğlu Behbudov 3 noyabr 1938-ci ildə anadan olub.
1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir.
”Gözlük”, “Danışan işıqlar” “Qırmızılar, qaralar və başqaları”, “İlham” “Göyçək Fatma”,”Ustalar, qızıl əllər”, “Yayın bir günündə”, “Sağ ol dostum”, “Basatın igidliyi” “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy” “Qara leylək”, “Sehirli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V.Behbudov operator olaraq “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və s. sənədli filmlərdə işləmişdir. Rejissor kimi “Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam”(Əzizə Cəfərzadə), “Əbədi zirvə”, “Müslüm Maqomayev -55”, “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bakı-SOS uşaq kəndi”, “Bağlı qapı” (Akademik Əziz Əliyev), “Sənsiz” (Akademik Zərifə Əliyeva), “Kərpickəsən kişi”, “İlmələrdə yaşayan həyat” (rəssam Kamil Əliyev), “Sirli səlnamələr” “Girdiman”, “Yeraltı şəhərin izi ilə” “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür.
Dövlət və “Humay” Mükafatları Laureatı, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində Operatorlar qrupunun rəhbəri, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. Həmin Birlikdə 45 illik iş stajına malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB