Bakıda metroda qatarda növbəti dəfə nasazlıq yaranıb. SİA-nın məlumatına görə, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hadisə səhər saat 08:17 radələrində "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatarda baş verib.
Qatarda qəfil nasazlıq yaranması həmin xətt üzrə hərəkət intervalında problem yaradıb. Nasazlıq 5-7 dəqiqə davam edib. Nəticədə digər qatarlarda interval uzanıb.
Hazırda nasaz qatar xətdən çıxarılıb və metroda qatarların intervalının bərpası ilə bağlı tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB