Jurnalistlərin pulsuz müayinəsi üçün təşkil edilən layihəyə start verilib- AÇIQLAMA
Jurnalist Qadınlar Assosiasiyasının (JQA) jurnalistlərin pulsuz müayinə edilməsi üçün təşkil etdiyi layihəyə bu gündən start verilib. Bu barədə SİA-ya JQA prezidenti Sevil Yusifova açıqlamasında deyib. O bildirib ki, bu gündən öz işinə başlayan layihə gələn ilin yanvar ayının sonuna qədər davam edəcək.
İlk müayinənin sabah reallaşacağını dilə gətirən qurum rəhbəri vurğulayıb ki, müayinələr yalnız həftənin iki günü-2 və 6-cı günlər reallaşacaq. Müayinələrdə qeydiyyatdan keçən müxbirlərin iştirak edə biləcəyini söyləyən S. Yusifova: " Layihə yalnız yazılı mətbuat və agentliklər üçün nəzərdə tutulub. Lakin bu o demək deyil ki, ayda bir dəfə işıq üzü görən qəzet müxbirləri də layihədə iştirak edə biləcəklər. Burada gündəlik qəzetlər və ən azı həftədə 3 dəfə işıq üzü görən qəzetlər iştirak etmək imkanı qazanacaqlar. Ən əsası isə onların qeydiyyatdan keçməsidir. Belə ki, iştirak etmək istəyən mətbuat orqanları yaradıcı heyətin adını bizə mütləq göndərməlidirlər. Siyahıda adı olmayan müxbir müayinədən keçə bilməyəcək",- deyə o qeyd edib.
Qeyd edək ki, jurnalistlər üçün nəzərdə tutulan müayinələr Ankara Tibb Mərkəzində həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB