AMEA və "Caspian Europen Club" təşkilatı birgə biznes-forum keçirilib FOTOLAR

AMEA və "Caspian Europen Club" təşkilatı birgə biznes-forum keçirilib FOTOLAR

Bu gün Caspian Europen Club Azərbaycan Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə biznes-forum keçirib. SİA-nın xəbərinə görə, forumda ölkəmizdə elm və biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən A.Əlizadə AMEA-nın fəaliyyəti haqqında məlumat verərək “AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC”-nin nailiyyətlərindən danışıb. O AMEA-da elmin prioritet istiqamətlərində aparılan araşdırmalardan, əldə olunan nəticələrdən və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrindən söz açıb.

Akademik humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş müzakirələr aparmaq, üçün platforma olan forumun əhəmiyyətindən bəhs edib.

Forumun sahiblkarlarla” AMEA Yüksək Texnologiyalar Parkı MMC” arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.

Biznes-forumda çıxış edən Caspian Europen Club-un sədrinin birinci müavini və baş icraçı direktor Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Club üzləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə, akademik Akif Əlizadəyə minnətdarlığını bildirib.

Biznes-forumda Caspian Europen Club-la AMEA-nın Yüksək Texnologiyalar Parkı MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Tədbirdə dövlət və özəl şirkətlərin rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə