Azərbaycanın Baş naziri Novruz Məmmədov sabah Qazaxıstana səfərə gedəcək. SİA xəbər verir ki, Baş nazir Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının noyabrın 2-də Astana şəhərində keçiriləcək iclasında iştirak edəcək.
Bu ilin aprelində Baş nazir təyin edilən N.Məmmədov bu vəzifədə MDB Hökumət Başçıları Şurasının toplantısında ilk dəfə iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB