"Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının təqdimatı keçirilib

"Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının təqdimatı keçirilib

Bu gün "Valideyn nəzarəti və internet təhlükəsizliyi" proqramının ("Kidsafe") təqdimatı keçirilib. Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq dövlət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda uşaqların internet təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, BMT-nin Uşaq hüquqları komitəsinin tövsiyələrinə əsasən, "Valideyn nəzarəti və internet təhlükəsizliyi" (www.kidsafe.az) proqramı hazırlanıb: "Proqram "Uşaqların internet təhlükəsizliyi" layihəsi çərçivəsində yaradılıb. Valideyn-internet təhlükəsizliyi və nəzarət proqramının yaradılmasında əsas məqsəd uşaqların kompyuter təhlüksəziliyinin və onlara nəzarətin təmin olunmasıdır. Biz uşaqlarımızı internet vasitəsilə gələcək təhlükələrdən də qorumağa çalışmalıyıq. Əsas təhlükələrdən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir. Uşaqlar üçün ifrat dərəcədə zərərli olan oyunlar da onlarda müəyyən xoşagəlməz hallar yaradır".

H.Hüseynova əlavə edib ki, müasir dövrdə uşaqlar da son informasiya texnologiyalarından istifadə etdiklərindən onların internet təhlükəsizliyinin təmini olduqca önəmlidir: "Əsas təhlükələrdən biri onların cinayətkarların əhatə dairəsinə düşməsidir. Uşaqlar üçün ifrat dərəcədə zərərli olan oyunlar da onlarda müəyyən xoşagəlməz hallar yaradır".

O vurğulayıb ki, Komitə tərəfindən internetdə uşaq hüquqlarının müdafiəsi məqsədilə milli qanunvericilk təkmilləşdirilir, maarifləndirici tədbirlər keçirilir, təhlükəsizlik proqram sistemləri yaradılır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən "uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir". Bu günlərdə Dövlət Komitəsi tərəfindən hazırlanan "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında" Qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Lakin bu Qanun 2020-ci ildə qüvvəyə minəcək.

Kapital Bank ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev çıxış edərək, bildirib ki, müasir dövrdə rəqəmsallaşma artıq həyatımızda xüsusi yer alaraq, bir tendensiyaya çevrilmişdir. Unutmaq olmaz ki, uşaqların internetdən təhlükəsiz istifadə etməsi istiqamətində həyata keçirilən tədbirlərin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Və bu cür tədbirlərin reallaşmasına dəstək vermək lazımdır. İnternet böyük tədris və təlim bazasıdır, uşaqları bu məkandan tamamilə təcrid etməməli, düzgün istiqamətdə istiqamətləndirməliyik. Kidsafe kimi proqramlarn hazırlanması xüsusən də ona görə əhəmiyyətlidir ki, biz valideynlər artıq rahat olacağıq. İnanırıq ki, bu layihə öz layiqli yerini tutacaqdır.

Daha sonra çıxış edən BMT Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin online proqramın əhəmiyyətini qeyd edərək bildirib ki, özəl sektorun da bu sahəyə maraq göstərməsi mühüm addımdır. O deyib ki, internet uşaqlara pozitiv imkanlar da yaradır, yeni dostluq əlaqələrinin qurulması, yeni mədəniyyətlərin mənimsənilməsi və digər müsbət istiqamətlərdə məharətlə istifadə edilməsi vacib sayılmalıdır. Yeni cəmiyyətdə elə təbəqələr vardır ki, onlar internetin imkanlarından sui-istifadə edərək, uşaqlara zərər yetirir, istismara cəlb edirlər. Uşaqlar təhlükə ilə üzləşəndə ilk olaraq həmyaşıdlarına müraciət edirlər. Bu səbəbdən də online resurslardan istifadə etmək qaydaları haqqında müəllimlərin, valideynlərin, uşaqların və cəmiyyətin digər üzvlərinin prosesə cəlb edilməsi lazımdır. E.Karvardin bildirib ki, uşaqların müdafiəsi üçün xüsusi proqramlardan istifadə etmək onların internet təhlükəsizliyinin təminində böyük rol oynayır.

Tədbirdə çıxış edən Daxili İşlər Nazirliyinin Baş idarənin şöbə rəisi Adıgözəl Adıgözəlov uşaqlar arasında maarifləndirmə tədbirlərinin artırılması vacibliyini vurğulayıb. Bildirib ki, uşaqlar yalnız evdə mövcud olan, internetdən istifadə etmirlər. Onlar müəyyən məkanlarda, internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiyalar əldə edirlər.

A.Adıgözəlov bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəblərdə filterlənmiş internetdən istifadə edilir. Onun sözlərinə görə, lakin bütün internet klublar haqqında bunu demək olmaz. Buna görə də uşaqların internet təhlükəsizliyinin təminində atılacaq addımlardan biri də uşaqlara bu mövzunun düzgün çatdırılmasıdır.

Tədbirdə çıxış edən Nazirlər Kobinetinin Humanitar və sosial məsələlər şöbəsinin aparıcı məsləhətçisi Gülnur Rzayeva, Azzərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini nümayəndəsi Nigar Hüseynova, Azərbaycan Respublikası Nəqliyyəat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Aysel Hadıyeva çıxış edərək, öz təklif və rəylərini qeyd ediblər. Çıxışçılar bu cür layihələrin həyata keçirilməsini müsbət addım kimi qiymətləndirərək, davamlı olmasının vacibliyinə diqqəti çəkiblər.

E-box şirkətinin rəhbəri Şamo Salayev kidsafe.az proqram təminatı haqqında təqdimatla çıxış edərək, proqramın əsas xüsusiyyətləri və istifadə qaydaları haqqında geniş məlumatları diqqətə çatdırıb. Qeyd edilib ki,www.kidsafe.az proqramında daxili 1000-dən çox pornoqrafik, ekstremiz amillər, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunmuşdur. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunmuşdur. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompyuterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyasıda yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək blog sistemidə yaradılmışdırki, valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyaları üzrə məlumatlar yerləşdirmək mümkündür. Proqram təminatı E-Box şirkətinin texniki dəstəyi ilə hazırlanmışdır.

Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında 2 illik əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində proqram sistemlərinin yaradılması, sosial çarxların çəkilməsi və bu sahədə konfransların və digər tədbirlərin təşkili nəzərdə tutulub.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə