Bu il 100-dən çox jurnalist öldürülüb

Bu il 100-dən çox jurnalist öldürülüb

"2018-ci ildə 36 ölkədə 100-dən çox jurnalist və KİV nümayəndəsi öldürülüb. SİA-nın xəbərinə görə, bu barədə “Press Emblem Campaign” adlı qeyri hökumət təşkilatı tərəfindən açıqlanıb.

"Cari ilin 10 ayı ərzində öldürülən jurnalistlərin sayı ötən ilin dövrü ilə müqayisədə çox olub. Belə ki, yanvar ayından etibarən 36 ölkədə 106 jurnalist və mətbuat işçisi öldürülüb”, deyə açıqlayan təşkilatın məlumatında bildirilir ki, 2017-ci ilin eyni dövründə bu rəqəm 99 olub.

Bu il Əfqanıstan (17), Meksika (15) və Yəmən (8) jurnalistlərin öldürüldüyü ölkələr sırasında ilk üçlükdə yer alıblar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə