Hacı Surxay Məmmədli: “Əgər qeydiyyatdan keçən dini icma sabah qalxıb başımıza qılınc olacaqsa, həmin icma bizə lazım deyil” - MÜNASİBƏT
"Mən ölkədə dini icmaların artmasının əleyhinə deyiləm. Amma bir məsələni qeyd etmək lazımdır ki, nəyi qeydiyyatdan keçiririk?". Bu barədə SİA-ya açıqlamasında İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli son zamanlar ölkədə müxtəlif dini icmaların artmasına və fəaliyyət göstərməsinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, əgər qeydiyyatdan keçirilən icma sabah qalxıb başımıza qılınc olacaqsa, öz qılıncımızla başımızı kəsəcəksə həmin icma bizə lazım deyil. Axundun sözlərinə görə, bir icma dövlətin əleyhinə gedirsə, dini tolerantlığı pozursa, milli zəmində insanların fikrini, şüurunu dağıdırsa, o zaman həmin icmaya bu dövlətdə yer yoxdur. Bu gün kəmiyyətin dalınca qaçıldığını deyən Hacı Surxay Məmmədli bildirib ki, onlara kəmiyyət yox, keyfiyyət lazımdır: "Az olsun, amma kefiyyətli olsun".
"Bu məsələdə böyük təbliğata ehtiyacımız var və gərək maarifləndirmə işləri aparaq. Məscidlərdə, auditoriyalarda, məktəblərdə maarifləndirmə işlərini düzgün tənzimləməliyik", - deyə o əlavə edib.
"Bu məsələdə böyük təbliğata ehtiyacımız var və gərək maarifləndirmə işləri aparaq. Məscidlərdə, auditoriyalarda, məktəblərdə maarifləndirmə işlərini düzgün tənzimləməliyik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB