Azərbaycanın bir qrup media nümayəndələri və turizm sahəsində çalışan menecerlər Ukraynada təşkil olunacaq foruma qatılmaq üçün bu ölkəyə səfər ediblər. SİA-nın verdiyi məlumata görə, səfərin ilk günündə qonaqlar Ukraynanın Karpat dağlarında müxtəlif istirahət mərkəzləri, otellərlə, eləcə də tarixi əhəmiyyətli eksponatlarla tanış olublar. Tur rəhbəri Marina Yaquşova Karpat ərazisinin tarixi haqqında qonaqlara dolğun məlumat verib və Karpatın özəlliyindən danışıb.
Qeyd edək ki, 5 günlük səfər çərçivəsində forum iştirakçıları üçün Ukraynanın Livov şəhərinə ekskursiyalar təşkil olunacaq, həmçinin Livovun qubernatoru ilə də görüş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB