Səhiyyə Nazirliyi: “Nazirin istefaya göndərilməsi ilə bağlı yayılan məlumatlar şayiədir və heç bir əsası yoxdur”-Açıqlama
Son günlər səhiyyə naziri Oqtay Şirəliyevin istefaya göndərilməsi ilə bağlı ictimaiyyətdə müxtəlif məlumatlar yayılıb. Bəzi mətbuat orqanlarının da yaydığı xəbərə görə, onun yerinə hətta namizəd də müəyyənləşib və yeni nazirin Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevin kürəkəni Elmar Qasımov olacağı gözlənilir.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya açıqlamasında səhiyyə nazirinin istefaya göndərilməsi ilə bağlı məsələyə münasibət bildirib. O vurğulayıb ki, bütün bunlar şayiədir və heç bir əsası yoxdur: "Səhiyyə naziri öz işindədir və hazırda da nazir kimi fəaliyyət göstərir. Bunlar hamısı şayiələr, dedi-qodulardır. Mən hər kəsi bu şayiələrə uymamağa və inanmamağa çağırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB