Azərbaycanda yeni medallar təsis edilib

Azərbaycanda yeni medallar təsis edilib

Azərbaycanda yeni medallar təsis edilib. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Diplomatik xidmətə verilən töhfəyə görə" medalının və "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Hər iki dəyişiklik səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə