Lerikdə Qarabağ əlilləri və şəhid ailələri üçün yeni evlər istifadəyə verilib
Lerik rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) sifarişi ilə Qarabağ müharibəsi əliləri üçün tikilmiş 3 fərdi yaşayış evinin açılış mərasimi olub. SİA-nın cənub bürosunun məlumatına görə, rayonun Pizəkücə, Orand və Bürsülüm kəndlərində istifadəyə verilən fərdi yaşayış evləri bütün zəruri avadanlıqlarla təchiz olunub. İki otaq və mətbəx hissəsindən ibarət olan evlərdə müasir tipli istilik sistemi quraşdırılıb. Rayon İcra Hakimiyyəti adından yeni ev alanlara xalça hədiyyə olunub.
Evlərin açılış mərasimində iştirak edən ƏƏSMN-nin aparıcı mütəxəssisi Şəmşir Şıxəliyev bildirib ki, təkcə bu il 715 nəfər Qarabağ əlili və şəhid ailəsi evlə təmin olunub.Bu xeyirxah tədbir bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, Lerik rayonunun daha iki kəndində - Hamarmeşə və Sinəbənddə də bu qrupdan olan insanlar üçün evlər inşaa olunmaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB