Mirzə Sakitin Hacı Surxay Məmmədli yalanı faş oldu - VİDEO - İFŞA

Mirzə Sakitin Hacı Surxay Məmmədli yalanı faş oldu - VİDEO - İFŞA

Bir neçə gün öncə, Belçikada "siyasi mühacir" adı altında yaşayan sabiq AXCP üzvü, "Azadlıq" qəzetinin keçmiş yazarı Mirzə Sakit (Sakit Zahidov-red.) Facebook səhifəsində, tanınmış din xadimi, İlahiyyat elmləri doktoru, professor, QMİ-nin səlahiyyətli nümayəndəsi, İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli ilə bağlı yalan informasiya paylaşmışdı. SİA xəbər verir ki, M.Sakit, guya Hacı Surxay Məmmədlinin içki süfrəsində əyləşdiyini "sübut" edən foto yayımlayaraq, ictimai rəydə çaşqınlıq yaratmağa, qarşı tərəfə şər-böhtan atmağa cəhd edib. Lakin sonradan məlum olub ki, onun paylaşdığı fotodakı içkilər alkoqollsuzdur və müxtəlif meyvə şirələrindən hazırlanmış sərniləşdiricilərdir.

Sytımıza sözügedən məsələ ilə bağlı daxil olan məlumata görə, ötən gün İçərişəhər Cümə məscidində xitbə söyləyən Hacı Surxay Məmmədli qeyd edib ki, uzun illərdir xarici ölkələrdə "mühacir" adı altında Azərbaycan dövlətinin maraqları və bu dövlətin yürütdüyü siyasəti dəstəkləyən nüfuzlu şəxslərin əleyhinə çıxış edən bu kimi ünsürlər öz çirkin, qərəzli və insanlığa yaraşmayan mənəviyyatsızlıqlarını davam etdirirlər. "Şər və böhtan atmaq qədər həyasızlıq və abırsızlıq yoxdur", deyə Həzrət Əlidən (ə) sitat gətirən Hacı Surxay Məmmədli bu kimi Vətən xainlərinin heç vaxt öz çirkin niyyətlərinə çatmayacaqlarını xüsusilə vurğulayıb və bildirib ki, belələrinin qazandıqları pul-paraların, qrantların mənbəyi erməni lobbisi və bu lobbi ilə əməkdaşlıq edən dairələrdən gəlir. "Bu dövlət, bu xalq heç vaxt belə ünsürlərin yalanlarına, şər-böhtanlarına uymayıb-uymayacaq da" deyə qeyd edən professor, həmçinin bildirib ki, bütövlükdə Azərbaycanda dini inanclılara, o cümlədən, din-döblət münasibətlərinə diqqət göstərilir, bundan sonra da göstəriləcək. "Şər-böhtan ataraq, inanclı kəsimi ələ salan, Allaha qarşı çıxaraq, düşmənlərin dəyirmanlarına su tökən məxluqlar isə əvvəl-axır öz cəzalarına çatacaqlar", deyə Hacı Surxay Məmmədli bildirib.

Xatırladaq ki, Mirzə Sakit və onun AXCP funksioneri olan qardaşı Qənimət Zahidov Avropada "siyasi mühacir" adı altında Anti-Azərbvaycan fəaliyyəti göstərirlər. O cümlədən, hər iki qardaşın qohumları və yaxınları tutduqları yanlış yollarına görə, onlardan rəsmi şəkildə imtina ərizəsi yazıblar. Eyni zamanda, bu iki qardaşın da arasında "soyuq küləklər" əsir. Belə ki, qrant pullarını mənimsəmək üstündə M.Sakitlə Q.Zahidin arasında dava olub və onlar bir-birləri iə münasibət saxlamırlar. Hacı Surxay Məmmədlinin videoçıxışına aşağıdakı lindkən baxa bilərsiniz:

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə