Badamdar sürüşmə sahəsində gərginlik davam edir

Badamdar sürüşmə sahəsində gərginlik davam edir

Bakının Səbail rayonunun Badamdar sürüşmə sahəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Məlumata görə, sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə