Qusman: "Bakı dünyanın humanitar paytaxtına çevrilib" AÇIQLAMA-ÖZƏL
“Bakı Beynəlxalq Humanitar Forumunun ildən –ilə nüfuzu artmaqdadır. Rusiya baş nazirinin müavini Olqa Qolodeçin forumun açılış mərasimində çıxışı zamanı Bakı dünyanın humanitar paytaxtına çevrilib söyləməsi təsadüfi deyildir. Bu, çox haqlı mövqe idi”. Bu fikirləri SİA-ya açıqlamasında Rusiyanın TASS-ın Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
Onun sözlərinə görə, Bakının bu gün humanitar paytaxta çevrilməsində Bakı Beynəlxalq Humanitar Forumunun böyük rolu var: “Hansı ki, tədbir öz platformasına ətrafına 90-dan çox ölkəni, məşhur insanları, siyasətçi, analitik, publisist, ekspertləri, mədəniyyət, elm və digər sahələrin nümayəndələrini toplaya bilir. Bu baxımdan forum bütün dünya eləcə də, beynəlxalq cəmiyyətin böyük marağına səbəb olur”.
Forumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildiyini deyən TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman qeyd edib ki, ölkə başçısının 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etməsi heç də təsadüfi deyildi: “ Heç də bütün ölkələrdə bu sahədə uğur qazanmaq mümkün olmur. Azərbaycan tarixən multikultural ölkə olub, və burada hər zaman tolerantlıq hökm sürüb. Multikulturalizm Azərbaycanda həyat tərzinə çevrilib”.
Qusman qeyd edib ki, forumda müzakirə olunan mövzuların hər biri dünyada mövcud olan mühüm problemlərə həsr olunur: “Tədbirdə panellərdən biri yanlış məlumatlara həsr olunmuşdu ki, bu da bu gün dünyada əsas problemlərdən birinə çevrilib. Biz peşəkar jurnalistlər bu cür informasiyaların qarşısının alınmasında yaxından iştirak etməliyik. Çünki, bu cür informasiyalar dünyada bir sıra münaqişələri, müharibələrə səbəb olur. Azərbaycan dezinformasiyanın hansı təhlükələr yaratdığını çox yaxşı bilir. Artıq illərdir ki, ölkəniz bu informasiyalara qarşı mübarizə aparır”.
Agentlik rəsmisi söyləyib ki, ildən ilə “fake” xəbərlərin sayı artır: “ Bu təkcə bir ölkəyə şamil edilmir. Bundan bütün dünya əziyyət çəkir. Forumda bu mövzu ilə bağlı çox gərgin müzakirələr aparıldı və hər kəsin mövzuya maraq göstərdiyinin şahidi olduq. Düşünürəm ki, bu hər birimizin problemidir və dünya KİV-i bunun qarşısının alınmasında həmrəylik nümayiş etdirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB