Culfa və Ordubad rayonlarında güclü yağış yağıb

Culfa və Ordubad rayonlarında güclü yağış yağıb

Oktyabrın 26-da saat 13:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda və Ordubadın Nülgüt kəndində güclü yağış müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya bildiriblər ki, düşən yağıntının miqdarı Culfada 30 (aylıq normanın 157 faizi), Ordubadın Nülgüt kəndində isə 28 millimetr (aylıq normaya yaxın) təşkil edib.

Eyni zamanda, qərb küləyinin güclənməsi nəticəsində Gəncədə küləyin ani maksimal sürəti saniyədə 24, Şəmkirdə 21 metrə bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə