Ceyhun Bayramov: "Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır"

Ceyhun Bayramov: "Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır"

"Beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq". SİA-nın verdiyi məlumata görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, təhsilə hər il qoyulan sərmayə sonralar ölkəyə hər il 10 faiz əlavə gəlir gətirir.

C.Bayramov əlavə edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".

Nazir vurğulayıb ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə