Badamdarda sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb

Badamdarda sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan SİA-ya verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Sürüşmə sahəsindəki süxur kütlələrinin yerdəyişməsi qeydə alınıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə