Axund: “Zahiri örtmək vacib əmrdir, ancaq bundansa insan qəlb örtüyünü örtməlidir”-Açıqlama

Axund: “Zahiri örtmək vacib əmrdir, ancaq bundansa insan qəlb örtüyünü örtməlidir”-Açıqlama
"Hicab Quranın, Allahın əmridir və bu müzakirə obyekti ola bilməz. Ancaq digər tərəfdən də ölkənin öz qanunvericilik orqanları və qanun qaydaları var". Bu barədə SİA-ya açıqlamasında hicaba qadağaların qoyulması ilə bağlı məsələyə münasibət bildirən İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli deyib. O bildirib ki, qanunvericilik orqanları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birlikdə bu məsələni müzakirə edirlər. Dövlətin öz qanun-qaydalarının olduğunu deyən axundun fikrincə, onlar tənzimlənmiş formada bu məsələni müzakirə edib ortaya çıxaracaqlar və hər şey öz mizanında olacaq.

S.Məmmədli vurğulayıb ki, inanc məsələsi toxunulmur, ancaq bəzən hicabı başqa bir mənada da hallandıranlar var.
"Qeyd edim ki, bu köklü məsələdir. Əsl hicab, örtükdən söhbət gedirsə, Quranda bu haqda ayə var. Ancaq bəzən insanlar ifrat dərəcədə dinə elə baş vurur, qan tökürlər ki, Avropa dövlətləri bundan qorxur. Bunun nəticəsində də təkcə Azərbaycanda yox, dünyanın bir çox yerində müsəlman bir damğa kimi təqdim olunur. Düzdür, bu gün zahiri örtmək vacib əmrdir. Ancaq bundansa insan qəlb örtüyünü örtməli, yəni insanda mənəvi örtük olmalıdır. Əgər insanda mənəvi örtük olarsa, o, məqsədlərə çata və ya ali fikirlərə sahib ola bilir. Bu gün zahiri məsələləri şişirtsək, şou-yaratsaq biz bir yerə çıxa bilmərik. Təbii ki, hazırda ağsaqqallar, böyüklər, din xadimləri, dövlət xadimləri, rəhbərlər bu məsələ üzərində işləyirlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə