Sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan SİA-ya verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir.
Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB