“Lələtəpədə yazılan dastan” filminin növbəti dəfə nümayişi olub FOTOLAR
Azərbaycan Müharibə Veteranlari Şurasında “Lələtəpədə yazılan dastan” filminin nümayişi olub. SİA-nın verdiyi məlumata görə, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən hazırlanan film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli filmin çəkilməsi” layihəsi çərçivəsində ekranlaşdırılıb.
Layihə rəhbəri Rövşən Ağamalıyev qeyd edib ki, sənədli film Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanova həsr edilib. Filmdə F.Qurbanovun ailə üzvləri və təhsil aldığı universitetin müəllimləri, tələbə yoldaşları və əzizləri onun keçdiyi həyat yoluna işıq salıblar.
Tədbirdə Nərimanov rayon gənclər və idman idarəsinin rəsi Nəcəf Novruzov, Nərimanov rayon Veteranlar Şurasının sədri Elşad Şabanov və QHT rəhbərləri çıxış ediblər. Natiqlər film barəsində öz fikirlərini bildiriblər.
Qeyd edək ki, 5 ay həyata keçiriləcək layihənin məqsədi “Lələtəpədə yazılan dastan” filmi vasitəsi ilə maarifləndirmə işinin həyata keçirilməsidir.
Onu da bildirək ki, “Lələtəpədə yazılan dastan” filminin təbliğatı həm sosial mediada, həm də sosialxeber.az və sia.az saytları vasitəsi ilə həyata keçiriləcək. Film tam şəkildə adıçəkilən saytlarda yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB