Bəhruz Quliyev: “Sofia”nın innovativ inkişafımıza verdiyi dəyər dünyanın ölkəmizə verdiyi yüksək qiymətdir”

Bəhruz Quliyev: “Sofia”nın innovativ inkişafımıza verdiyi dəyər dünyanın ölkəmizə verdiyi yüksək qiymətdir”

“Sofia” cənab prezidentə dedi ki, o aeroportda təyyarədən düşərkən “ASAN Viza”-dan istifadə edib. O, belə bir sistemin Azərbaycanda olmasından sevindiyini söyləyib. Bu innovativ inkişafdır. “Sofia” bu sistemin hətta bütün dünya dövlətlərində keçirilməsinin vacib olduğunu dilə gətirib. Bu “Sofia”nın rəyidir. Təkcə paytaxtda deyil, regionda vətəndaşlara xidmət sahəsində belə bir sistemin fəaliyyətə başlaması bütün dünyanın diqqətini cəlb etdiyi kimi “Sofia”nın da diqqətini cəlb edib. Cənab prezidentlə görüşündə də “Sofia” bunu təqdirəlayiq hal kimi qiymətləndirdi”. Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.

Ölkə başçısı İlham Əliyevlə dünyaca məşhur Robot “Sofia” ilə görüşünü şərh edən ekspertin sözlərinə görə, bu gün Azərbaycan əqli məhsullarını dünyaya ixrac edir. Hətta onunla bağlı yeni bir agentlik də yaradılıb: “Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi fəaliyyətə başlayıb. Agentliyin bazasında ASAN Xidmət, ASAN Viza, ASAN Həyat, ASAN Peşə kimi vətəndaşlara xidmət nümunələri yer alıb. İmişlidə ASAN Həyat Kompleksinin açılışında cənab prezidentin iştirakı onu göstərir ki, tək mərkəzdə deyil, hətta regionlarda da bu tipli layihələr həyata keçirilir. Rayon və ya əyalət sakinləri də innovativ inkişafdan bəhrələnirlər. Çox yaxşı haldır ki, artıq Azərbaycanda bu sistem kompleks şəkildə həyata keçirilir. Hər kəs bunun dividentindən bəhrələnir. Bizim əqli məhsullarımınızın istehsalı və ixracı bu gün ölkəmizin dünyaya yeni Azərbaycan kimi təqdim edir”.

Bəhruz Quliyev onu da vurğulayıb ki, müasir Azərbaycanın innovativ inkişaf prosesindən artıq bütün dünya istifadə edir. Eyni zamanda, bu sistem bir sıra dövlətlər tərəfindən öyrənilir: “Hətta bəzi dövlətlər həmin sistemi “ASAN Xidmət” adı ilə qeydiyyatdan keçirib, bu sistem bəzi ölkələrdə də həyata keçirilməkdədir. Bu onu göstərir ki, tək bizim təbii sərvətlərimizdən gələn gəlirlərlə kifayətlənmirik, eyni zamanda qeyri-neft sektoru da Azərbaycanda yüksək səviyyədə inkişaf edir. Regionda “ASAN Həyat”-ın açılışı, belə bir innovativ inkişaf göstərir ki, elektron hökumət baxımından Azərbaycan bir sıra Avropa dövlətlərini, o cümlədən dünyanın bir sıra ölkələrini geridə qoyub. Hətta bu innovatif inkişafa yeni töhfə kimi qiymətləndirilməlidir. “ASAN Xidmət” dövlət idarəçiliyində innovasiyanın tətbiqidir. Bu elektron hökumətin konseptual qurulması və vətəndaşlara xidmət nümunəsidir. “ASAN Həyat”-da vətəndaşların rahatlığı üçün hər şey edilir və bu çox yaxşı haldır. Təsəvvür edin, vətəndaş bir məntəqəyə gəlməklə, bütün problemlərinin həllinə nail ola bilir. Bu vətəndaşlar tərəfindən də çox uğurlu bir layihə kimi qiymətləndirilir. Bu ideyanın ortaya çıxması bizim idarətmə sisteminə töhvədir”.

Siyasi ekspert bildirib ki, robotlar innovativ inkişafın və əqlin birgə məhsuludur. Elə “Sofia”nın özü də süni intellektli robotdur. Ekspertin fikrincə, “Sofia”nın ölkəmizdəki innovativ inkişafı yüksək qiymətləndirməsi, “ASAN xidmət” modelinə bu cür yüksək qiymət verməsi dünyanın ölkəmizin innovativ inkişafına verdiyi dəyərdir: “Sofia tək Azərbaycanda səfərdə olmayıb. Bir çox ölkələri gəzib. Amma o, paytaxtda deyil, regionda innovativ mərkəzin açılışında iştirak etdi. Bu onu göstərir ki, Azərbaycanın paytaxtı ilə yanaşı, regionları, əyalət insanları da həmin innovativ inkişafdan bəhrələnir”.

Bütün xəbərlər Facebook səhifəmizdə