Heydər Əliyev adına Hərbi Liseyin kursantları yarışların qalibi olub
Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən yüngül atletika birinciliyinə yekun vurulub. “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə 16 komanda mübarizə aparıb. Xəbər verir ki, hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədilə keçirilən birincilikdə 220 idmançı yarışıb. Atletlər Naxçıvan Ordu İdman Klubunun idman şəhərciyində 100, 1000 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı, hündürlüyə və uzunluğa tullanma yarışlarında qüvvələrini sınayıblar.
Ümumi nəticələrə əsasən, yarışların qalibi Heydər Əliyev adına Hərbi Liseyin kursantları olub. Komanda hesabında ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının atletləri qərarlaşıb. İlk üçlükdə qərarlaşan hərbi qulluqçu və komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və fəxri fərmanla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB