Konstitusiya Məhkəməsinin hakimləri ilə gənclər təşkilatlarının görüşü keçirilib
Bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzv təşkilatlarının görüşü keçirilib. SİA-nın məlumatına görə, görüş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin inzibati binasında təşkil olunub. Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakimlər Rafael Qvaladze, Ceyhun Qaracayev, aparat rəhbəri Rauf Quliyev, aparat rəhbərinin müavini Şahin Rüstəmov, aparatın vətəndaşların qəbulu və şikayətləri şöbəsinin müdiri Anar Cəfərov, aparatın vətəndaşların qəbulu və şikayətləri şöbəsinin müdirinin müavini Anar Babayev, Gənclər Təşkilatı Milli Şurasının katibliyi və bir çox gənclər ictimai birliklərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə ilk olaraq Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. O, bu görüşü təşkil etdiyinə görə Gənclər Təşkilatı Milli Şurasının sədri Fuad Muradova öz təşəkkürünü bildirib. Məhkəmə sədri görüşün əhəmiyyətindən danışaraq gənclərin Konstitusiya Məhkəməsi haqqında biliklərinin cəmiyyətimizdə o qədər də dərin olmadığını bildirib. O, görüşün bu baxımdan səmərəli olacağına inandığını qeyd edib. F.Abdullayevin sözlərinə görə, gənclər cəmiyyətimizdə dinamik, intellektual aparıcı qüvvəyə malikdirlər. Müasir Azərbaycanın və dövlətimizin keçmişi ilə bağlı danışan F.Abdullayev ulu öndər Heydər Əliyevin siyasətinin ən başlıca prioritetinin Azərbaycanın inkişafı və bu inkişafda gənclərə böyük diqqət ayırması olduğunu vurğulayıb. Daha sonra o, Konstitusiya Məhkəməsinin yaranmasından, fəaliyyətindən söz açıb.
Tədbirdə çıxış edən ARGTMŞ sədri, Milli Məclisin üzvü F.Muradov iştirakçıları salamladıqdan sonra şuranın yaranmasından və onun fəaliyyətindən danışıb. O, bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, gələcəkdə də Konstitusiya Məhkəməsi ilə birlikdə yeni layihələrə imza atacaqlarına ümid etdiyini bildirib. F.Muradov Konstitusiya Məhkəməsinin hələ gənc olmasına baxmayaraq, ölkənin ictimai-siyasi həyatında rolunun düzgün aparmasının Azərbaycanın inkişafından xəbər verməsini qeyd edib. O, sədri olduğu Milli Şuranın gələn ilin yanvar ayında 15 illiyinin tamam olacağını və yubileyin tədbir şəklində qeyd olunacağını deyib. Daha sonra isə tədbir fikir mübadiləsi şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB