Raqif Abbasov: “ BŞGİBİ KİV nümayəndələrini mükafatlandıracaq”- AÇIQLAMA
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2010-cu ildə bir sıra tədbir, müsabiqə və layihələr həyata keçirilib. Bu sözləri BŞGİBİ-nin rəisi Raqif Abbasov SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu müddət ərzində gənclər sahəsində hərbi- vətənpərvərlik hisslərinin yüksəldilməsi, azərbaycançılıq ideyasının təbliği, Tələbə Gənclər Təşkilatları ilə işin qurulması və digər bu kimi işlərlə əlaqədar addımlar atılıb.
Onun sözlərinə görə, cari ildə qurum tərəfindən həmçinin məktəbəqədər yaş dövrünə aid olan yeniyetmələr, eyni zamanda qeyri-hökumət təşkilatlarının bu istiqamətdəki layihələrinin maliyyələşdirilməsinə dəstək kimi məsələlər kütləvilik təşkil edib. R. Abbasov qeyd edib ki, bugünki gündə əldə edilən nailiyyətlərin daxilində paytaxt gəncliyinin fəaliyyəti bir neçə istiqamətə ayrılıb.
"Belə ki, beynəlxalq əlaqələr vasitəsilə Azərbaycan həqiqətlərinin, 20 Yanvar faciəsinin dünyaya çatıdırılması, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində internet aksiyaların keçirilməsi, dünya Azərbaycanlıları arasıda körpünün gücləndirilməsi işinə xüsusi önəm verilib. Bir il ərzində baş idarə tərəfindən istər idman, istərsə də gənclər sahəsi üzrə ezamiyyətlərin sayı xüsusi olaraq artıb. Bu ezamiyyətlər məsul ölkələrə yönəlib. Bu coğrafiya ilbəil artmaqdadır",- deyə idarə rəisi qeyd edib.
Cari ilin yekunları ilə əlaqədar idarənin foto hesabatının təqdim ediləcəyini dilə gətirən R. Abbasovun sözlərinə görə, hesabat dekabrın 21-də reallaşacaq. O bildirib ki, həmin tədbirdə il ərzində məsul çalışan idmançı, hakim və məşqçilər idarə tərəfindən mükafatlarla təltif olunacaqlar. "Bundan əlavə, həmin tədbirdə bu müddət ərzində bizimlə çalışan kütləvi informasiya vasitələri də mükafatlara layiq görüləcəklər",- deyə idarə rəisi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB