“Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa, yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb
Bu gün "Abşeron" rəsm qalereyasında "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa, yazı və rəsm müsabiqələrinin yekun qiymətləndirilməsi mərasimi keçirilib. SİA-nın məlumatına görə, müsabiqə Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında həyata keçirilib.
Mükafatlandırma mərasimində iştirak edən qalereyanın direktoru Eldəniz İbrahimov bildirib ki, bu cür mövzularda belə müsabiqələrin təşkil edilməsi təqdirə layiqdir: "Gənclərin məhz narkomaniya sahəsində belə tərbiyə işlər görməsi yüksək qiymətləndirilməlidir. Hesab edirəm ki, orta məktəb şagirdlərinin narkomaniya mövzusuna bu tərz yanaşması müsbət haldır".
Daha sonra mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə proqramı"nın yerinə yetirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürlərin formalaşdırılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, narkomanlığın və QİÇS-in profilaktikası sahəsində tədbirlərin səmərəliliyinin artırılmasından ibarətdir.
Tədbirin sonunda inşa, yazı və rəsm müsabiqəsində qalib gələn şagirdlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB