“Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib

“Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib

Bu gün, Oktyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında hazırlanan “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib. SİA xəbər verir ki, filmin nümayişindən əvvəl ADPU-nun prorektoru, professor Fikrət Rzayev Aprel döyüşlərindən bəhs edib.

Bildirib ki, bu film S.İmanovun qəhrəmanlığının gənclər arasında təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbirdə Dünya Azərbaycanlıları Konqresi sədrinin müavini Xəzər Emin və digər çıxış edənlər S.İmanovun vətənpərvərliyindən, qəhrəmanlığından danışıblar.

Qeyd edək ki, filmin ssenari müəllifi tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı İlham Tumas, rejissoru Anar Şuşalı, redaktoru tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu və məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə