Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin 2010-cu ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib

Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin 2010-cu ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib
Diasporla İş üzrə Dövlət Komitəsi 2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, habelə diaspor təşkilatları arasmda səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirib. SİA-nın xəbərinə görə, bu barədə bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov komitənin 2010-cu ildəki fəaliyyətinin yekunlarına dair Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərərgahında keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Dövlət Komitəsinin diqqət yetirdiyi əsas məsələlərdən olub. Onun sözlərinə görə, başa çatmaqda olan 2010-cu ildə Azərbaycan diaspor təşkilatlarının nəzdində yeni kütləvi informasiya vasitələri təsis edilib, eyni zamanda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər görülüb.

"İl ərzində 20 Yanvar faciəsinin 20-ci ildönümü, Xocalı soyqırımının 18-ci ildönümü, 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bir sıra ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilib. Azərbaycan diaspor təşkilatları Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın qədim mədəniyyətini, zəngin irsini uğurla təbliğ edir, xalqımızın zəngin mədəniyyətini tanıtmaq məqsədilə müxtəlif işlər görülüb. Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə türk və yəhudi diasporu arasında əməkdaşhq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib", - deyə o əlavə edib.

N.İbrahimov qeyd edib ki, 2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər görülüb. O vurğulayıb ki, bu dövrdə dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib, ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində 370-dən çox diaspor təşkilatı fəaliyyət göstərir: "İndiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərə-çarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Bu da öz növbəsində Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr qoyur. Bu baxımdan DİDK diaspor təşkilatlarımıza daha çox yardım etməli, dövləti-mizin apardığı xarici və daxili siyasətin məramını onlara daha ətraflı izah etməlidir. 2011-cu ildə Azərbaycan diasporunu gərgin iş gözləyir və gələn il diasporumuzun həyatında çox mühüm hadisələr gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə